Musk “Twitter Blue”nun bərpa ediləcəyi tarixi açıqladıbackend

Musk “Twitter Blue”nun bərpa ediləcəyi tarixi açıqladı

Twitter Blue premium abunəliyi gələn həftənin sonunda bərpa olunacaq.

KONKRET.az xəbər verir ki, bu açıqlamanı amerikalı iş adamı İlon Musk “Twitter“də istifadəçinin abunə ilə bağlı sualını cavablandırarkən deyib.

“Yəqin ki, gələn həftənin sonuna qədər bərpa olunacaq” deyə Musk Twitter hesabında yazıb.

Twitter Blue abunəçilərə premium funksiyalara giriş imkanı verən aylıq ödənişli abunədir.

Qeyd edək ki, Musk oktyabrın 28-də Twitter-in tam sahibi olub. O, bundan dərhal sonra sosial şəbəkədə genişmiqyaslı islahatlara başlayıb və şirkətin direktorlar şurasını buraxıb.

Lakin sonradan sosial şəbəkənin alınmasının Muskı 70 milyard dollar ziyana saldığı barədə məlumatlar yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*