Muxtar Babayev Bernard Hienlə görüşdübackend

Muxtar Babayev Bernard Hienlə görüşdü

Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Naizrliyin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, görüşdə “Yaşıl Kənd Təsərrüfatı”nın ölkədə tətbiqi, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri, bu sahədə görülmüş işlər müzakirə olunub, həmçinin aqrar sektorda su itkisinin qarşısının alınması və gələcəkdə suya tələbatın ödənilməsində rəqəmsal kənd təsərrüfatına keçidin mühüm rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*