Nabranda istirahət mərkəzində qadını cərəyan vuraraq öldürdübackend

Nabranda istirahət mərkəzində qadını cərəyan vuraraq öldürdü

Xaçmazda istirahət mərkəzində qadını cərəyan vurub öldürüb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən “Dənizçi” istirahət mərkəzində olarkən hamam otağında elektrik cərəyanı onu vuraraq öldürüb.

X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*