Meyxanaçı Namiq Qaraçuxurlu yeni paylaşımı ilə diqqət çəkib.
KONKRET.az xəbər verir ki, hazırda İranda olan sənətçi Ərdəbil şəhərinə yollanıb.
O, Azərbaycan tarixinin ən görkəmli və parlaq şəxsiyyətlərindən olan Şah İsmayıl Xətayinin qəbrini ziyarət edib. Meyxanaçı həmin görüntüləri sosial şəbəkədə paylaşıb.
Namiq videoya “Şeyx Səfi məqbərəsi, Şah İsmayıl Xətainin məzarı” qısa şərhini də əlavə edib.
Qeyd edək ki, Qaraçuxurlu uzun müddətdir İrandadır. O, anasının səhhəti ilə bağlı ora səfər edib.
