Natiq Cəfərli: “Azərbaycan üçün Gürcüstanda hansı siyasi partiyanın hakimiyyətə gəlməsinin elə bir əhəmiyyəti yoxdur”backend

Natiq Cəfərli: “Azərbaycan üçün Gürcüstanda hansı siyasi partiyanın hakimiyyətə gəlməsinin elə bir əhəmiyyəti yoxdur”

Gürcüstan müxalifəti, siyasi qüvvələrin fəalları, eləcə də qeyri-hökumət təşkilatları Tbilisidə etiraz aksiyalarını davam etdirirlər. Müxtəlif güclərin toqquşduğu Gürcüstanda siyasi mənzərə getdikcə pisləşir və Qərb Gürcüstan hökumətini qəbul etmək istəmir.

Baş nazir İrakli Kobaxidze də məsələdən narahatlığını ifadə edib:

“Bu zorakılığı təşkil edən, lakin özləri kabinetlərində gizlənən siyasətçilər   məsuliyyətdən qaça bilməyəcəklər. Bu aksiyalarda iştirak edən və onlara dəstək verən imkanlı  QHT rəhbərləri də başlarını öz ofislərinə soxublar”.

Ümumiyyətlə Gürcüstanda baş verənlər nəyə işarədir və Rusiya ilə Qərbin maraqlarının toqquşduğu regionda hansı hadisələr cərəyan edir? Regionda baş verən hadisələr Azərbaycan-Gürcüstan münasibətlərinə necə təsir edəcək?

KONKRET.az-ın suallarını cavablandıran Real partiyasının sədri Natiq Cəfərli bildirdi ki, bütün bunlar  Gürcüstandakı hadisələrin gedişatından asılı olacaq:

“Hansı formada, necə bitəcəyini indidən demək bir qədər çətindir. Amma düşünürəm ki, Gürcüstanda hansısa siyasi cərəyanın hakimiyyətə gəlməsindən asılı olmayaraq Azərbaycanla münasibətlərdə heç bir ciddi dəyişiklik gözlənilmir.  Çünki Azərbaycanla Gürcüstan strateji  müttəfiqdirlər və strateji müttəfiqlik qarşılıqlı maraqlara bağlıdır. Ona görə də orada hansı siyasi partiyanın hakimiyyətə gəlməsinin elə bir əhəmiyyəti yoxdur.  Biz Saakaşvilinin dövründə də  bunun şahidi olduq. Həmin dövrdə də Azərbaycanla Gürcüstanın çox gözəl münasibətləri var idi. Sonra hökumət dəyişsə də, münasibətlər yenə davam elədi. İndi eyni ssenari təkrarlana bilər.Yəni, Azərbaycanla Gürcüstan münasibətlərində dəyişikliyin baş vermə ehtimalı çox azdır.

Vəli Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*