“NATO ABŞ-ın oyuncağıdır”- “Global Times”- dan İLGİNC AÇIQLAMAbackend

NATO ABŞ-ın oyuncağıdır”- “Global Times”- dan İLGİNC AÇIQLAMA

Ukrayna böhranında NATO günahkardır. Bu, köhnəlmiş təşkilatdır, illər əvvəl ləğv edilməli idi. O, ABŞ-ın marionetkasıdır. Çünki o, beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır. Ukrayna böhranı əsasən NATO-nun şərqə doğru aqressiv genişlənməsi ilə bağlı baş verdi. Bunun günahkarı Şimali Atlantika Alyansıdır. Amma NATO öz hərəkətlərini düşünmək əvəzinə digər ölkələrə təzyiq edir, onları Rusiyaya qarşı Qərblə birləşməyə məcbur edir. Bu, ədalətsiz və olduqca təhqiredici bir vəziyyətdir. NATO-nun Baş katibi Yens Stoltenberq çərşənbə axşamı deyib ki, Çin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını qətiyyətlə pisləmək üçün dünyanın qalan hissəsinə qoşulmalıdır. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Buna görə də biz birmənalı olaraq Çini NATO-nun bu tip çağırışlarını pisləməyə çağırırıq.
Təbii ki, biz Rusiyanı dəstəkləmirik. Çinin Rusiyaya dəstəyinin hər hansı əlamətini diqqətlə izləyirik. Görünən odur ki, NATO ABŞ-ın oyuncağıdır və yaxud Vaşinqton tərəfindən manipulyasiya edilən Soyuq Müharibənin hərbi blokudur. Köhnəlmiş bu hərbi təşkilat dəfələrlə müxtəlif ölkələrə amansız təcavüz başlatmış, böyük fəlakətlər törətmiş və bundan yerli əhali çox əziyyətlər çəkmişdir.
Belə nümunələrdən biri 1999-cu ildə Kosovo müharibəsi zamanı Yuqoslaviyaya qarşı havadan bombardman kampaniyasıdır. NATO-nun əli qana bulaşıb və blokun özü beynəlxalq və regional təhlükəsizliyə ciddi təhdiddir.
Şimali Atlantika Alyansının digər ölkələri tənqid etmək hüququ varmı?
Fudan Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Departamentinin professoru Shen Yi “Global Times”-a deyib ki, NATO Soyuq Müharibə bitdikdən sonra beynəlxalq hüququ pozan, digər ölkələrin suverenliyi və ərazi bütövlüyünü təhlükə altına alan ən qorxunc hərbi maşındır. Axı bu təşkilat nə vaxtdan beynəlxalq hüququn müdafiəçisi olub? Əgər həqiqətən beynəlxalq hüququn müdafiəçisidirsə, qoy əvvəlcə Yuqoslaviyanın bombalanmasına görə üzr istəsin.1999-cu ildə Yuqoslaviyadakı Çin səfirliyinin bombalanmasına görə təzminat ödəsin. Bu hadisədə 3 jurnalist və 20-dən çox dinc sakin öldü. Bütün bunlardan sonra Stoltenberqin belə bəyanatlar verməyə səlahiyyəti və hüququ, eləcə də mənəvi əsasları yoxdur”.
“Global Times”, Çin. 17 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*