“NATO bütün koalisiya ilə müharibəyə hazırlaşır” –  ŞOK ANONSbackend

"NATO bütün koalisiya ilə müharibəyə hazırlaşır" -  ŞOK ANONS

“NATO-da ən fundamental fikir ayrılıqlarından biri alyansa üzv ölkələrin təhdidlərə, o cümlədən terrorizmə və Rusiyanın hərəkətlərinə dair baxışlarının uyğunsuzluğudur”.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

NATO planlaşdırıcıları hesab edirlər ki, yaxın gələcəkdə alyansın hər hansı üzv dövlətinə Rusiyanın birbaşa müdaxiləsi mümkün deyil, lakin alyans istənilən halda koalisiya ilə müharibəyə hazırlaşır.

“İndi bütün koalisiya ilə müharibəyə hazırlaşmaq yenidən NATO-nun prioritetidir. Ona görə də alyansın məqsədi müttəfiqləri çiyin-çiyinə döyüşməyə hazırlamaqdır. Bu məqsədlə NATO bu il 1988-ci ildən bu yana ən böyük “Sabit Müdafiəçi” adlı təlimini keçirməyə qərar verib. Təlimdə alyansa üzv ölkələrdən 90 min hərbi qulluqçu iştirak edir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, bu təlimlərdə Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”, – qəzet yazır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*