NATO-nun baş katibi: Ukrayna müharibəsi danışıqlar masası arxasında bitəcəkbackend

NATO-nun baş katibi: Ukrayna müharibəsi danışıqlar masası arxasında bitəcək

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO Ukraynanın “suveren və müstəqil Avropa dövləti” olaraq qalmasına kömək etmək istəyir. O, Ukraynadakı hərbi münaqişənin danışıqlar yolu ilə həll olunacağına inanır.

KONKRET.az xəbər verir ki, bu barədə baş katib İspaniyanın “El Pais” qəzetinə müsahibəsində danışıb.

Stoltenberq qeyd edib ki, NATO ilə Rusiya arasında “total müharibə yoxdur”. Eyni zamanda, o, Ukraynada “hərbi əməliyyat” apardığına görə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müdafiə edib.

“Çox güman ki, bu müharibə danışıqlar masası arxasında bitəcək. Biz Ukraynanın mövqeyinin mümkün qədər güclü olmasını təmin etmək üçün məsuliyyət daşıyırıq… Və bunun ən yaxşı yolu güclü hərbi və iqtisadi dəstək vermək və Rusiyaya qarşı sərt sanksiyaları təşviq etməkdir”, – alyansın baş katibi bildirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*