ABŞ istisna olmaqla, NATO ölkələrinin hərbi büdcəsi 2014-cü ildən indiyədək 270 milyard ABŞ dolları artıb.
KONKRET.az xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.
“Bu vəsait yeni müharibənin qarşısını almaq üçün qətiyyətimizi nümayiş etdirən yeni silahların alınmasına sərf olunub”, – o bildirib.
