NATO Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırdıbackend

NATO Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırdı

“NATO Rusiyanı Ukrayna ətrafındakı gərginliyin azaldılması istiqamətində əhəmiyyətli addım atmağa və qoşunlarını sərhəddən çıxarmağa çağırır”.

KONKRET.az xəbər verir ki, bunu alyansın baş katibi Yents Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

“Rusiyanın Silahlı Qüvvələrini sərhəddən çıxarması böhranın diplomatik yolla həlli istiqamətində ilk və vacib olar. Risklərin azaldılması məqsədilə Rusiyaya görüş təklifimi təkrarlamaq istəyirəm”. – o, bildirib.

Baş katib Kremli diplomatiya yolunu seçməyi tövsiyə edib: “Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*