Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi – Ermənilər təlaşda – VİDEO-FOTOLARbackend

Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi - Ermənilər təlaşda - VİDEO-FOTOLAR

Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

Konkret.az Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən komanda-qərargah təlimi plana əsasən mərhələlərlə icra edilib.

Təlim çərçivəsində “Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların ən müasir vasitələrlə idarə olunması praktiki  həyata keçirilib. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılıb. Praktiki fəaliyyətlərə cəlb edilən bölmələr döyüş atışlarını icra ediblər.

Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində qoşunların fəaliyyəti kompüterlər üzərində məşq etdirilərək komandirlərin döyüşü idarəetmə bacarıqları təkmilləşdirilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, növbəti təlimlərə hazırlıqla bağlı tapşırıqlar dəqiqləşdirilib. Ümumilikdə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Bir cavab yazın