“Getdim Aerokassaya, dedilər ki, bilet yalnız 20 gün sonraya var, get aeroportdan al. Getdim ki, burada da uzun növbələr var. Bəziləri 2-3 gündür ki, növbə gözləyirdi. Sonra öyrəndim ki, 30 manat rüşvət verib, təcili bilet almaq olur. Məcbur qalıb, 60 manatlıq bilet üçün 90 manat ödədim ki, yas məclisinə vaxtında çata bilim. Əvvəllər bayramlarda və tətillərdə bilet qıtlığı yaranırdı. Əlavə reys salıb bir neçə gün ərzində insanları daşıyıb, problemi həll edirdilər. İndi aylardır ki, təcili Naxçıvana və yaxud əks istiqamətə gedərkən zülm çəkirik“.
İşsizlik səbəbindən Naxçıvandan köçüb, Bakıda yaşayan Tahir Məmmədov isə deyir ki, bilet tapa bilmədiyindən, mərhum bibisinin dəfnində iştirak edə bilməyib:
“Bilet ala bilmədiyim üçün sutka yarım hava limanında qaldım. Bibimin dəfninə çata bilmədim. Tanışı olanlar artıq pul verib bilet və ya, yaxın saatlarda uçmaq üçün növbə alırlar. İmkanı olmayanlar isə bəzən günlərini hava limanında keçirməli olurlar. Mənim verməli artıq pulum olmadığından, səs-küy saldım. İşlərinə maneçilik törətdiyimi görüb, növbəti gün yola saldılar. Əgər, bilet yoxuydusa məni necə yola saldılar? Bu istidə uşaqlara, yaşlılara zülmü edirlər. Problemi AZAL Naxçıvanın, Naxçıvan hakimiyyəti isə AZAL-ın üzərinə atır. Bu məsələyə mütləq çözüm tapılmalıdır. Naxçıvanın yarısı məcburiyyətdən Bakıda yaşayır. Xeyir, şər olur. Hamının qohum-əqrabası var. Tez-tez gedib-gəlmək məcburiyyətində qalırıq.”
Azalın Yeni rəhbəri Cahangir bəyə “rəhmət” oxutdurur…(( Bir müddət əvvəl Hava limanında dayanacaqda 13 gün üçün 198 man ödəmişdim və bunun baha olmasından vətəndaş olaraq narazı oldum…İctimailəşdirdim bəziləri Belə olmalıymış kimi Azala bəraət edirdilər…Fikirləşmirdilər ki, hər hansı qiymət və aşağı xidmət bir başa Biz aşağı təbəqəyə zərbədi…Bu Naxçıvana növbə məsələsi də heç qənaət bəxş deyil…(( Necə ki, “General olmaq üçün, Əsgər yolunu keçməlisən”, Azalın rəhbəri Gərək bu işi bilən Təcrübəli, Reyslərdən, İstiqamətlərdən anlayışı olan, ümumiyyətlə Bu sahədə İdarə etmə qabiliyyəti olan Şəxs olmalı idi, yoxsa “Hansısa Market müdiri yox”..((( P.S..: “gorun çatlasın ay Mirzə Cəlil”😢😢😢