Naxçıvanda Gənclərin Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkbackend

Naxçıvanda Gənclərin Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Beynəlxalq Şahmat Federasiyası yeniyetmələrin (U-16) Ümumdünya Olimpiadasının Azərbaycanda keçiriləcəyini açıqlayıb.

KONKRET.az Azerisporta istinadən xəbər verir ki, Olimpiada 3-10 oktyabrda Naxçıvanda keçiriləcək.

Komandalar ikisi əvəzedici olmaqla altı oyunçu ilə təmsil olunacaq. Ən azı bir qadın şahmatçının olması da məcburidir.

Qeyd edək ki, komandamız yarışın hazırkı qalibidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*