Naxçıvanda velosipedçini maşın vurdubackend

Naxçıvanda velosipedçini maşın vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin “4 Yol” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, avtomobil velosiped sürən Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Bağırov Zakir Ramiz oğlunu vurub.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*