Naxçıvanda yol qəzasında bir nəfər xəsarət aldıbackend

Naxçıvanda yol qəzasında bir nəfər xəsarət aldı

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Tumbul kəndi ərazisində qeydə alınıb. 75-BK-252 dövlət nömrə nişanlı avtomobillə 85-AE-036 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xətsəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*