Nazarbayev Antalyada Ərdoğanla görüşüb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nursultan Nazarbayev Antalyada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Nursultan Nazarbayevin Antalyada keçirilən Diplomatik Forumda iştirak etdiyi bildirilir.
Forum iştirakçıları – dövlət və hökumət başçıları, siyasətçilər, diplomatlar, biznes liderləri, alim və ekspertlər “Diplomatiyanın yenidən şifrələnməsi” əsas mövzusu altında beynəlxalq münasibətlər sahəsində geniş spektrli məsələləri müzakirə ediblər.
Diplomatik Forum çərçivəsində Nazarbayev Ərdoğanla danışıqlar aparıb. O, davam edən qlobal geosiyasi dəyişikliklər kontekstində tədbirin əhəmiyyətini vurğulayaraq dəvətə görə Türkiyə Prezidentinə təşəkkür edib.

Xuraman Etibarlı,
KONKRET.az
