Nazarbayevdən inanılmaz çıxış: “Adımın əbədiləşdirilməsi səhvdir…”backend

Nazarbayevdən inanılmaz çıxış: "Adımın əbədiləşdirilməsi səhvdir..."

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev müxtəlif adların onun şərəfinə dəyişdirilməsindən danışıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, o öz mövqeyini “Xabar” telekanalının çəkdiyi “Portret cizgilər. Şəxsi” sənədli filmində açıqlayıb.

Nursultan Nazarbayevin sözlərinə görə, o bu cür qərarların əleyhinə olub, vəzifədə ikən belə şeyləri qadağan edib, lakin hər ad günündə ona bu cür təkliflər verilib: “Necə ola bilər ki, məzunu olduğum Abay məktəbinin (qazax şairi) adı dəyişdirilərək ora mənim adım qoyulsun? Bu, tamamilə səhvdir”.

Yeganə istisna yalnız Nazarbayevin təşəbbüsü ilə açılan universitetlə bağlı olub.

Qazaxıstanın ilk prezidenti dövlətin paytaxtı Astana şəhərinin Nur-Sultan adlandarılmasından da bəhs edib. “Şəxsən mənim buna heç bir ehtiyacım yoxdur. Bir çoxları, xüsusən liderlər düşünürlər: “Bu, məndən sonra qalacaq yadigardır”. Mənim üçün nə qalacağının fərqi yoxdur!”, – Nazarbayev bildirib.

Onun fikrincə, sağlığında qoyulan abidələr bir insanın sonrakı nəsillərin yaddaşında qalacağına əmin olmamasının göstəricisidir: “Buna görə də mən bu cür işlərə baş qoşulmasını istəməzdim”.

Astana şəhəri 2019-cu ilin martında Nur-Sultan adlandırılıb. Təşəbbüs o zaman respublikanın müvəqqəti başçısı vəzifəsini icra edən Qasım-Jomart Tokayevdən gəlib. Qərar ictimai rezonans doğurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*