Nazarbayevin qızı Avropada milyonlar xərclədi – Fotobackend

Nazarbayevin qızı Avropada milyonlar xərclədi - Foto

Qazaxıstanın keçmiş prezidenti, ölkənin faktiki rəhbəri Nursultan Nazarbayevin qızı Avropada daşınmaz əmlak alıb. Dinara Kulibayeva İsveçrədə 44 milyon frank (təxminən 45 milyon dollar) xərcləyib.

KONKRET.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Nazarbayevin qızı Cenevrə ətrafında torpaq sahəsi alıb. O, özünün Belriv qəsrinin yaxınlığındakı ərazini rəsmiləşdirib.

Kollonj-Belriv kəndindəki torpaq sahəsinin 1,5 hektarı əhatə etdiyi bildirilir. Kulibayeva 17-ci əsrin qəsrini keçən il almışdı. Həmin tarix nümunəsini ona Monakoda yaşayan Mark Sursok satıb.

Sursok qardaşları qəsri 120 milyon İsveçrə frankına satmağı planlaşdırırmış. Amma uzun müddət müştəri tapa bilmirdilər. Sonda Nazarbayevin qızına 62 milyon franka satmışdılar.

Kulibayeva 2009-cu ildə İsveçrədə başqa iqamətgah da almışdı. O, Anyer kəndindəki dəbdəbəli ev üçün 75 milyon frank ödəmişdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*