Nazilə Səfərli həbs olunub? – DİN-dən AÇIQLAMA – YENİLƏNİBbackend

Nazilə Səfərli həbs olunub? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.

KONKRET.az-ın məlumatına görə, “Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.

***

22:06

Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.

Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub./Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*