Nazir yeni köməkçi TƏYİN ETDİbackend

Nazir yeni köməkçi TƏYİN ETDİ

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisinə yeni köməkçi təyin edilib.

KONKRET.az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunaraq BŞBPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

Nazirin digər əmri ilə 29-cu PŞ-nin rəisi vəzifəsinə isə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəis müavini Ramin Məmmədov təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*