Nazirlik 7 bioloji qida əlavəsinə mənfi rəy verdi – ADLARIbackend

Nazirlik 7 bioloji qida əlavəsinə mənfi rəy verdi – ADLARI

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

KONKRET.AZ-ın AEM-ə istinadən verdiyi xəbərinə görə, sentyabr ayında “Agavit” (şərbət, Türkiyə), “CaDlife” (tablet, Türkiyə), “Extra-E” (tablet, Türkiyə), “Optiprost” (tablet, İtaliya) və “Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*