Nazirlik mindən çox mənzili satışa çıxara bilərbackend

Nazirlik mindən çox mənzili satışa çıxara bilər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərin real bazar qiymətinin müəyyən edilməsi üçün tender elan edib.

KONKRET.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata əsasən, nazirlik bu mənzillərin qiymətləndirilməsi üçün xidmət satın almağı planlaşdırır. Bu addım həmin mənzillərin yaxın gələcəkdə satışa çıxarıla biləcəyi ehtimalını gücləndirir.

Müsabiqə çərçivəsində Bakı və digər şəhərlərdə yerləşən 70 binada, 69 fərqli tipdə ümumilikdə 1162 mənzilin qiymətləndirilməsi nəzərdə tutulur.

Əgər proses tamamlanarsa, bu, sosial mənzillərin və ya dövlət balansında olan digər yaşayış sahələrinin satışına hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*