Nazirlikdən Sumqayıtda işçilərin zəhərlənməsi ilə bağlı açıqlamabackend

Nazirlikdən Sumqayıtda işçilərin zəhərlənməsi ilə bağlı açıqlama

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb.

3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*