“Nə qədər ki, sülhməramlılar Qarabağdadır, təxribatlar davam edəcək” – ŞOK AÇIQLAMAbackend

“Nə qədər ki, sülhməramlılar Qarabağdadır, təxribatlar davam edəcək” – ŞOK AÇIQLAMA

Azərbaycan ordusunun düşmən təxribatlarının qarşısını layiqli şəkildə almasına və Ermənistan silahlı birləşmələrini darmadağın etməsinə baxmayaraq, rəsmi İrəvan öz məkrli niyyətlərindən əl çəkmək istəmir. Hələ də cəbhədə döyüşlərin davam etməsi bunu sübuta yetirir. Bəs görəsən proses nə qədər davam edə bilər? Buna birdəfəlik son qoymaq üçün hansı addımları atmaq lazımdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Ramiz Şərifov bildirib ki, baş verənlərin əsas təşkilatçısı Rusiya sülhməramlılarıdır: “Ukraynadakı uğursuzluqlarını ört-basdır etmək üçün dünya ictimaiyyətinin fikirini bura yönəltmək istəyirlər. Əks halda iqtisadi cəhətdən sıfıra bərabər olan və Azərbaycan ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı birləşmələri özündə cəsarət taparaq yenidən üzərimizə hücuma keçməzdi. Amma göründüyü kimi nəticə ermənilər üçün pis yekunlaşdı. Bizim şəhidlərimiz olsa da, ermənilərin vəziyyəti daha acınacaqlıdır və itkiləri qat-qat çoxdur. Nə qədər ki, sülhməramlılar Qarabağdadır, təxribatlar davam edəcək”.

Hərbi ekspert əlavə edib ki, Ermənistan sülh müqaviləsinə hazır idi: “Onları bu təxribata təşviq edənlər var. Nə qədər ki, təşviq edənlər orada olacaq, o qədər də təxribatlar davam edəcək. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələri daim döyüşə hazır olmalıdır. İmzalanan üçtərəfli Bəyanatın müddəalarına əsasən sülhməramlıların Qarabağda qalma müddəti bitdikdən sonra onları oradan rədd etmək lazım gələcək. Bundan sonra baş verən hadisələrə və təxribatlara son qoymaq olar. Biz təkbətək Ermənistanla bacararıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*