Neft bahalaşdıbackend

Neft bahalaşdı

ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının gözlənilməz azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb.

KONKRET.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,39% bahalaşaraq 1 bareli 110,63 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti 1,01% artıb və 1 bareli 108,12 ABŞ dolları təşkil edib.

Neft bazarındakı nikbinliyə mayın 13-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatlarının 3,4 milyon barel azalaraq 420,8 milyon barelə düşməsi səbəb olub. Analitiklər isə 1,4 milyon barel artımın qeydə alınacağını gözləyirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*