“Neftin qiyməti 40 dollara düşəcək” – Sensasion iddiabackend

"Neftin qiyməti 40 dollara düşəcək" - Sensasion iddia

“Dünya enerji bazarında iyul ayından ötən dövrdə xam neftin qiymətlərində həftəlik çərçivədə ən böyük eniş oktyabrın birinci həftəsi qeydə alınıb”.

KONKRET.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Ekspertin sözlərinə görə, ötən cümə günü Brend markalı neftin qiymətində 1,1 faizlik bahalaşma qeydə alınmasına baxmayaraq, həftə ərzində ucuzlaşma orta hesabla 5,7 faiz təşkil edib:

“Azərbaycan neftinin satış qiymətinə uyğun gələn Brent markalı neftin hər barreli London birjasında son dəfə 58,11 dollar olub.

Bu qiymət 2019-cu ilin büdcəsi üçün nəzərdə tutulan 60 dollardan aşağıdır.

Əgər dünya bazarında neft qiymətlərinin ucuzlaşması davamlı olarsa, o halda Azərbaycan Neft Fondunun büdcəsinə gözlənilən qədər vəsait daxil olmayacaq”.

Q.İbadoğlu hesab edir ki, neftin qiymətlərinin ucuzlaşmasına təsir göstərən başlıca amillərdən biri ABŞ-Çin ticarət müharibəsinə görə, dünyanın aparıcı ölkələrində məcmu tələbin azalmasıdır:

Qubad İbadoğlu - İqtisadçı
Qubad İbadoğlu – İqtisadçı

“Yeri gəlmişkən, Avropa Birliyinin Aerobus təyyarəsinin istehsalını subsidiyalaşdırmasına cavab olaraq ABŞ oktyabrın 18-dən Atlantik okeanı üzərindən gələn 7,5 milyard dollarlıq məhsulun, o sıradan Fransız pendirinin və şərabının, Şotlandıya viskisi və sair məhsulların idxalına da tarifləri qaldırır”.

İqtisadçının fikrincə, ABŞ-ın Çin və Avropa Birliyinin idxal məhsullarına qarşı irəli sürdüyü yeni tarif siyasəti daxili bazarda bahalaşan qiymətlərə görə tələbin azalmasını şərtləndirir və bu da neftin dünya bazar qiymətlərinə də təsirsiz ötüşmür:

“Odur ki, 2019-cu ildən xam neftə olan tələbatın artım sürətinin azalması, Səudiyyə Ərəbistanı və İran asasında gərginliyin səngiməsi 2020-ci ildə neftin dünya bazar qiymətinin 40 dollara qədər ucuzlaşmasını şərtləndirə bilər.

Bu isə heç şübhəsiz ki, xarici şoklardan asılı vəziyyətdə proqnozlaşdırılan Azərbaycan büdcəsində böhranının yaranmasına gətirib çıxaracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*