Nensi Pelosinin Ermənistana səfəri nəyi dəyişə bilər? – AÇIQLAMAbackend

Nensi Pelosinin Ermənistana səfəri nəyi dəyişə bilər? - AÇIQLAMA

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ölkəmizdə, o cümlədən regionda yeni bir gündəm yaradıb. Kremlin mətbuat katibi Dmitri Peskov Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı bildirib ki, onun pafoslu hərəkətləri, həmçinin yersiz bəyanatları Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesinə təsir edə bilər. Onu da qeyd edək ki, Ermənistanda səfərdə olan diplomat bu ölkənin Müdafiə naziri ilə də görüş keçirib. Beləliklə, amerikalı siyasətçinin Ermənistana bu səfəri gələcək üçün hansı proqnozları verir?

KONKRET.az-a mövzu ilə bağlı fikirlərini bölüşən siyasi ekspert Fuad Çıraqov qeyd edir ki, Nensi Pelosi Ermənistana səfəri çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi fikirlər, o cümlədən davranışları ilə tərəflər arasındakı sülh danışıqlarına mane olur:

“ABŞ həqiqətən də tərəfləri sülh prosesinə təşviq etmək istəyirsə, Moskva, o cümlədən Brüssel formatı çərçivəsində  əldə olunmuş razılıqların icra olunmasında israr etməlidir. Görünən isə odur ki, Ermənistan hər iki platforma üzrə danışıqları sabotaj edir və bu işdə amerikalı siyasətçilərdən də istifadə etməyə çalışır. Ümumən Fransa və ABŞ kimi ölkələr Ermənistanı sülh müqaviləsi imzalamaqdan yayındırırlar”.

Arifə Kərimzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*