Nepalda torpaq sürüşməsi baş verdi: Ölən və yaralananlar varbackend

Nepalda torpaq sürüşməsi baş verdi: Ölən və yaralananlar var

Nepalın Sudurpaşçim əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.

KONKRET.az İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Qonşu Kailali rayonunda 1 500-ə yaxın insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Rəsmi məlumatlara görə, bu il daşqın və torpaq sürüşmə nəticəsində azı 70 nəfər həyatını itirib, 13 nəfər isə itkin düşüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*