“Nərimanla danışa bilmədim, yəqin gizlənirdi” – VİDEObackend

“Nərimanla danışa bilmədim, yəqin gizlənirdi” - VİDEO

“Nərimanla ayrılıqda danışmadım. Soyunma otağına gələndə görmədim, yəqin gizlənirdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi Nəriman Axundzadənin oyuna əlavə edilən vaxtda əlverişli epizodda qol vura bilməməsindən danışıb: “Nəriman oyundan sonra göz yaşını saxlaya bilmədi, sanki fikri o epizodda qalmışdı. Amma normal baxıram. Bu cür yanaşırsa, demək ki, məsuliyyəti dərk edir. Bəlkə o qolu vursaydı, daha gec böyüyəcəkdi. Vurmadığına görə tez böyüyəcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*