Vaşinqton və Brüssel anti-Rusiya məhdudiyyətləri səbəbindən iqtisadi təzyiq altında qalacağını gözləmirdi.
KONKRET.az xəbər verir ki, “The New York Times” qəzetində dərc olunan “ABŞ-ın rəhbərlik etdiyi alyans Rusiyaya qarşı sanksiyalara görə məyusluq və ağrı ilə üzləşir” başlıqlı məqalədə belə yazılıb.
Məsələn, ABŞ və Avropada Rusiya neftinin idxalından qismən imtina etdikdən sonra enerji resurslarının qiyməti kəskin artıb. Bununla yanaşı, Rusiya hətta sanksiyalar altında olsa da, yanacaq satışından əldə etdiyi gəlirləri artırmağa başlayıb.
“The New York Times” qəzetinə müsahibə verən ekspertlər Qərb iqtisadiyyatının ABŞ və Avropa hökmdarlarının güman etdiyindən daha həssas olduğu qənaətindədirlər.
Jurnalistlərin fikrincə, ABŞ-da Respublikaçılar Partiyası bu vəziyyətdən Konqresə seçkilərdə yararlanacaq. Belə ki, Demokratların əleyhdarları sürətlə artan bahalıqdan “bəhrələnmək” üçün hər şeyi edəcəklər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
