Niderland da Ermənistanda səfirlik açacaqbackend

Niderland da Ermənistanda səfirlik açacaq

Niderland Ermənistanda səfirlik açacaq. KONKRET.az bildirir ki, bu barədə məlumat Ermənistan Xarici İşlər Nazirliyinin Twitter-dəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

Niderland parlamenti ölkənin Ermənistanda səfirliyinin açılmasına səs verib.

“Niderland parlamentinin İrəvanda səfirlik iqamətgahının açılması ilə bağlı mövqeyini alqışlayırıq. Bu addım Ermənistandakı demokratik proseslərə dəstəyin təzahürüdür”, – deyə XİN sosial şəbəkədə xəbəri paylaşıb.

Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, səfirliyin işi Ermənistan və Hollandiya arasında uzun müddətdir davam edən tərəfdaşlığı gücləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*