Niderland öz tank batalyonunu yaratmaq niyyətindədirbackend

Niderland öz tank batalyonunu yaratmaq niyyətindədir

Niderland xərcləri azaltmaq məqsədilə 13 il əvvəl ləğv etdiyi özünün tamhüquqlu tank batalyonunu bərpa etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.

“Bu gün təhlükəsizliyimiz üçün tarixi gündür. Müasir tanklar müdafiə, mobillik və atəş gücünün unikal birləşməsini təklif edir. Məhz buna görə də orduda yenidən özümüzün tamhüquqlu tank batalyonunu olacaq”, – nazir yazıb.

“Army Recognition” portalının məlumatına görə, Niderlandın tank batalyonu Almaniyadan alınacaq təxminən 50 ədəd “Leopard 2A8” tankından ibarət olacaq. Bunun üçün illik xərclərin 260 milyon avro ilə 315 milyon avro arasında olacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl Niderlandın müdafiə xərclərini 10%-dən çox artıracağı və NATO tərəfindən müəyyənləşdirilən ÜDM-in minimum 2 %-i həcmində müdafiə xərcləri ayrılması kvotasına çatacağı bildirilmişdi.//“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*