KONKRET.az armenpress.am-a istinadən xəbər verir ki, Hollandiya parlamentinin dörd koalisiya partiyası ölkə rəhbərliyinə İrəvanda səfirlik açması üçün 2 milyon avro ayırmağı təklif edib. Hollandiya Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Joel Vordevind bu barədə “Armenpress” ə verdiyi müsahibədə Niderlandın islahatların davam etdirilməsində, korrupsiyaya qarşı mübarizə və insan haqlarının qorunmasında Ermənistan hökumətinə daha inamla dəstək verəcəyini vurğulayıb.
“Hollandiya fraksiyasının Xristian Birliyi təşəbbüsü ilə dörd koalisiya qüvvəsi İrəvanda səfirlik açmağı tövsiyə edib. Ermənistandakı məxməri inqilab, yeni hökumətin korrupsiyaya qarşı mübarizəsi, insan hüquqlarını qorumaq və demokratiyanı gücləndirmək üçün atdığı cəsarətli addımları dəstəkləmək istəyirik. Bu siyasi addımla ticarəti genişləndirmək niyyətimizi bildirmək istəyirik. Ermənistanla münasibətlərimizi möhkəmləndirmək istəyirik”.
“Niyə indi” sualına, o, açıq bir cavab olduğunu söyləyib: “Ölkədəki məxməri inqilabdan sonra bu, İrəvana Hollandiyanın korrupsiyaya, insan haqları pozuntularına və məhkəmə sisteminin möhkəmləndirilməsinə qarşı dəstəyini nümayiş etdirmək üçün çox yaxşı bir siqnaldır. Bu, Ermənistanda daha sabit vəziyyətdə olan şirkətlərimizin və müəssisələrimizin işi üçün daha əlverişli şərait yaradacaq”.
Millət vəkili Türkiyənin Suriyaya hücumunu parlamentdə də qaldırıb. O qeyd edib ki, Suriyadakı ermənilərə edilən hücumlar erməni soyqırımına bənzəyir.
“NATO üzvü olaraq Türkiyə suveren bir dövlətə – Suriyaya hücum edir. Ermənilər təqib olunur, hətta öldürülürlər – bu yaxınlarda Qamışlıda baş verən terror hadisəsi nəticəsində iki erməni öldürüldü. ABŞ Konqresində “erməni soyqırımı”nın tanınmasının şahidi olduq, parlamentimiz də bunu qınadı və hökumətə “erməni soyqırımı”nı tanımaq üçün təzyiq göstərməyə davam edirik”, – deyə Ermənistan-Hollandiya Dostluq Qrupunun həmsədri olan Joel Vordevind vurğulayıb.