Nigeriyada yoxa çıxan təyyarənin qalıqları “Boko Haram” düşərgəsində tapıldıbackend

Nigeriyada yoxa çıxan təyyarənin qalıqları "Boko Haram" düşərgəsində tapıldı

Nigeriyada ötən il “Boko Haram” terror təşkilatının düşərgəsində radarlardan itən hərbi təyyarənin qalıqları tapılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Nigeriya ordusundan verilən yazılı açıqlamada bildirilib.

Açıqlamada Borno əyalətinin Sambisa meşəsində “Boko Haram”a qarşı əməliyyat keçirildiyi və yoxa çıxan hərbi təyyarənin qalıqlarının tapıldığı bildirilib.

Yeri gəlmişkən bildirək ki, hərbi təyyarə 2021-ci ildə Borno əyalətində “Boko Haram”a qarşı əməliyyat zamanı radarlardan itib.

Qeyd edək ki, son illərdə həyata keçirilən əməliyyatlara baxmayaraq, “Boko Haram” Nigeriyada ciddi təhlükəsizlik problemi yaradır. Təşkilat 2015-ci ildən Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda indiyədək ən az 2000 adam həyatını itirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*