Nizami Xudiyevin oğlu işdən çıxarılmayıb – Nazim Xudiyev xəbəri təkzib etdibackend

Nizami Xudiyevin oğlu işdən çıxarılmayıb - Nazim Xudiyev xəbəri təkzib etdi

Qeyd edək ki, əksər KİV-də “Nizami Xudiyevin oğlu işdən çıxarıldı” başlıqlı xəbər dərc edilib. Bununla bağlı Nizami Xudiyevin oğlu Nazim Xudiyev KONKRET.az-a təkzib açıqlaması ilə çıxış edib. Həmin açıqlamanı təqdim edirik:

“Yazıb sizə bildirmək istərdim ki, “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nu nəzərə alaraq 12.09.2020 tarixdə sizin kütləvi informasiya saytı ilə  “Nizami Xudiyevin oğlu işdən çıxarıldı”  başlığı ilə həqiqətə uyğun olmayan xəbər verilmişdir. Qeyd etmək istərdik ki, Nazim Nizami oğlu Xudiyevin iş yeri dəyişdirilib və Bakı Şəhər Prokurorluğunda İdarə prokurorluğunun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə keçirilib”.

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*