Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələndilər – FOTOLARbackend

Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələndilər - FOTOLAR

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülər aşkar ediliblər.

Onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*