Norveç Ukraynaya 2000 ədəd M72 tank əleyhinə qumbaraatan göndərəcək – ÖZƏLbackend

Norveç Ukraynaya 2000 ədəd M72 tank əleyhinə qumbaraatan göndərəcək - ÖZƏL

Norveç hökuməti Rusiyanın təcavüzündən qorunmaq üçün Ukraynaya silah göndərəcək.

KONKRET.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Norveç hökumətinin bəyanatında deyilir. Söhbət 2 min ədəd M72 tank əleyhinə silahdan gedir.

Bu qərar Norveçin 1950-ci illərdən bəri davam edən, müharibə vəziyyətində olan və ya silahlı münaqişə riski olan NATO üzvü olmayan ölkələrə silah verməmək siyasətini dəyişdirir.

“Norveç ciddi hərbi texnika ixracı siyasətinə malikdir, lakin Ukrayna indi fövqəladə vəziyyətlərlə üzləşib”,- deyə Baş nazir Yonas Qar Stere bildirib.

Reuters xatırladır ki, bazar günü Norveç özünün dünyanın ən böyük suveren sərvət fondunu Rusiyadan çıxardığını elan edib və Ukraynaya dəbilqə, zireh və digər avadanlıqlar göndərəcəyini vəd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*