Novosibirskdə polis azərbaycanlını başından güllələdi – ANBAAN VİDEO – YENİLƏNİBbackend

Novosibirskdə polis azərbaycanlını başından güllələdi - ANBAAN VİDEO - YENİLƏNİB

Novosibirsk yaxınlığında yol polisi azərbaycanlını başından güllələyib.

KONKRET.az teleqram kanallarına istinadən xəbər verir ki, polis təqib etdiyi şəxslərdən birinə ehtiyatsızlıqdan atəş açıb. Hadisənin mayın 28-də Sibir yolunda baş verdiyi bildirilir. Məlumatda o da qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman məhbusun 19 yaşlı bir tanışı ona müdaxilə etməyə başlayıb.

ƏLAQƏLİ MÖVZU: Başından güllə yarası alan 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev dünyasını dəyişdi

Bu zaman polis müqaviməti aşaraq, səlahiyyətlərindən kənara çıxıb, 19 yaşlı kişiyə qarşı şiddət tətbiq edib. Nəticədə gənc başında ağır güllə yarası alıb. Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi ) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, başından güllə yarası alan 19 yaşlı azərbaycanlı Abdullayev Vəkil Yaqub oğlu hələ ki, komadadır.

Yeniyetmənin hələ sağ olduğu deyilsə də, xəstəxanada ağır vəziyyətdədir. Məlumat dəqiqləşdirilir.

Natiq Səlim,

KONKRET.az

 

  • online tv az
    May 29, 2021 - 12:47

    bunlar serefsiz polislerdir rus polisi serefsizdircanli tv

  • GARACANTA
    May 30, 2021 - 08:35

    Əyyaş- Qəhbə, Alçaq Rus Gavurları Sizin də axırınıza az qalıb. Biz bu ALÇAQ Millətin hər addımda bizi neçə nifrətlə təhqir etdiyini, öldürdüyünü görürük. Rus gavurları hələ üstəlik Qarabağa da girdi. Hansı səbəblə! RƏDD OLSUNLAR,

  • GARACANTA
    May 30, 2021 - 08:46

    Rus Gavurları – Tamamilə Dünya Caniləridirlər! Dünyanın Hər tərəfinə Canilik yayan gavurlar. Rusiyada yaşayan Türk Millətləri Bir Gün bu gavurların Belini Qıracaq-İnşəllah!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*