
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu, gücü 450 MVt olan Navoi İstilik Elektrik Stansiyasının 2 nömrəli birləşmiş dövrəli stansiyasında aparılan sınaq işləri ilə əlaqədardır.
“İşlərin və sınaqların 16 noyabr tarixinə qədər davam edəcəyi gözlənilir. Navoi İstilik Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi respublikada istehsal olunan elektrik enerjisinin 6 faizini təşkil edir. Bunu nəzərə alaraq enerji sisteminin dayanıqlı işini təmin etmək, həmçinin istehsal olunan və istehlak olunan elektrik balansını təmin etmək üçün bəzi bölgələrin enerji təchizatında fasilələr yarana bilər”, – deyə Energetika Nazirliyi qeyd edib.