“Nurlana Əliyeva düşünür ki, 1-2 il həbs yatıb sonra oğurladığı pulları rahat xərcləyəcək” – Partiya sədribackend

"Nurlana Əliyeva düşünür ki, 1-2 il həbs yatıb sonra oğurladığı pulları rahat xərcləyəcək" - Partiya sədri

Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, keçmiş deputat Nurlana Əliyevaya qarşı ciddi korrupsiya ittihamları səsləndirilir. Belə ki, BSU-nun vəzifəli şəxsi olmuş Durdanə Əliyevanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs sabiq rektorunu ittiham edib. Onun rüşvət və korrupsiya ilə məşğul olduğunu, tələbələri incitdiyini açıqlayıb. Lakin Nurlana Əliyeva məhkəməyə gəlmədiyindən onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Baş verən bu hadisə bir daha bəzi məmurların korrupsioner əməllərini, dövlətə və dövlətçiliyə qarşı xəyanət yolunu seçdiklərini gündəmə gətirir. Ölkədə ən yüksək səviyyədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması, bir çox məmurların bu əməllərinə görə həbs edilməsi Nurlana Əliyeva kimi şəxslərə görk olmur. 

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu cür insanların hamısı Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir və onlar bir mərkəzdən idarə olunur: “Bu gün dünyada korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Amma bu cür şəxslər dövlətin əleyhinə işlər görən “5-ci kolon”un üzvləridir. Onların hər biri Azərbaycan dövlətini nüfuzdan salmağa çalışırlar və təəssüf ki, bəzi hallarda buna nail olurlar. Bir hissəsi rüşvət alıb varlanaraq ölkədən qaçır, digərləri xalq və dövlət əleyhinə fikirlər səsləndirir. Belələri Azərbaycan dövlətinin gələcəyinə mənfi təsir göstərən fəaliyyətlə məşğul olurlar. Ona görə də hüquq-mühafizə orqanları daha ciddi işlər görməli və bu insanlar cəzalandırılmalıdır”.

Hafiz Hacıyev hiddətləndi: “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”

Hafiz Hacıyev əlavə edib ki, Nurlana Əliyevanın kim olduğu, onun qohumluq əlaqələri araşdırılmalıdır: “Bu şəxsi BSU-ya təyin edən zaman onun təhsil sisteminə nə kimi “töhfə” verə biləcəyi haqda düşünməli idilər. Bu gün demək olar ki, bütün universitetlərin hamısında rüşvətxorluq baş alıb gedir. Görünür, Nurlana Əliyeva kimlərəsə arxayın olaraq tələbələri incidib və təhsil ocağında neqativ hallara yol verib. Hər halda onun barəsində ciddi tədbir görülməli və cəzası verilməlidir ki, digərlərinə nümunə olsun. Hamımız dövlət və dövlətçilik üçün əlimizdən gələni etməliyik və buna görə heç kimdən qorxmamalıyıq. Xalqa xəyanət edən, dövlətin imicinə zərbə vuran bu cür cinayətkarların üzərinə qətiyyətlə getmək lazımdır. Onların hamısı tutularaq cəzalandırılmalıdır”.

Partiya sədrinin sözlərinə görə, Nurlana Əliyeva və onun kimi digərləri rüşvətə öyrənmiş insanlardır: “Akif Çovdarovu həbs etdilər, sonra da “üzr istəyib” buraxdılar. Azərbaycan xalqından və dövlətindən oğurladığı 30 milyonluq əmlaklarını da qaytarıb özünə verdilər. Bu cür addımlar digərlərinə görk ola bilməz. Nurlana Əliyeva kimi insanlar düşünürlər ki, 1-2 il həbs yatıb, türmədə də pul hesabına yaxşı şərait qurub sonra azadlığa çıxacaqlar və oğurladıqları pulları rahatca xərcləyəcəklər. Ona görə də qanunlarımızın daha ciddi şəkildə işlənməsinə ehtiyac var. Bu cür insanlar haqqında mütləq ciddi tədbir görülməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*