ABŞ-ın Nyu-York şəhərinin meri Bill De Blazionun 25 yaşlı qızı Kiara de Blazio 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən nümayişlərdə iştirak etdiyi üçün saxlanılıb.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “NY1” televiziya kanalı məlumat verib.
Kanalın bildirdiyinə görə, merin qızı Brodvey və 12-ci prospektlərin kəsişməsində toplaşan nümayişçilərin içində olub.
Onlar polisin əmrinə tabe olmadıqlarına görə saxlanılıblar.
Lakin Kiara de Blazio qısa müddət sonra istintaq təcridxanasından azad edilib.



