Obamanın kitabında Putin barədə yazdığı fikirlər: “Ondan qorxmaq lazımdır”backend

Obamanın kitabında Putin barədə yazdığı fikirlər: "Ondan qorxmaq lazımdır”

“Son 20 ildə Rusiyanı ya baş nazir, ya da prezident kimi idarə etmiş Putin elə bir ölkə qurub ki, onunla yarışmaq deyil, ondan qorxmaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bu sözlər ABŞ-ın sabiq prezidenti Barak Obamanın yeni dərc olunan və satışa çıxdığı ilk gündəcə rekordrları qıran “Vəd olunan torpaq” adlı yeni kitabında yer alıb.

Putini “kriminal sindikat” kimi xarakterizə edən Obama onu 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ABŞ şəhərlərini idarə edən korrupsioner siyasi bosların müasir versiyası kimi xatırladığını yazıb:

“Həmin boslar hamilik və rüşvətxorluğa “ticarətin qanuni alətləri” kimi baxırdılar”.

Həmçinin, sabiq prezident kitabında Putinin at belində qurşağadək çılpaq fotosuna da söz ataraq bunu “İnstagramda çılpaq yeniyetmə hərəkəti” adlandırıb.

Qeyd edək ki, 2009-2017-ci illərdə ABŞ prezidenti olmuş Obamanın Putinlə münasibətləri çox gərgin olub.

 

Obama 2008-2012-ci illərdə Rusiya Prezidenti olmuş Dmitri Medvedevi öz xatirələrində müsbət xarakterizə edib:

“Rusiyanın daha gənc lideri Kremlin uydurduğu yalanların hamısına inanmış kimi görünmürdü, münasibətlərin yenidən qurulmasına həvəs göstərirdi”./qaynarinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*