Ödənişli yolda qəza: Ölən və yaralılar var – YENİLƏNİBbackend

Ödənişli yolda qəza: Ölən və yaralılar var - YENİLƏNİB

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib.

KONKRET.azın məlumatına görə, “BMW” markalı minik avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Cəfər Həsənov hadisə yerində aldığı xəsarətlərdən ölüb. Daha üç nəfər, Bakı şəhər sakinləri 2003-cü il təvəllüdlü Nərmin Elnur qızı Təhməzova, 1998-ci il təvəlludlü Qocayeva Leyla İsmayıl qızı və 2002-ci il təvəllüdlü Emin Sərdar oğlu Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

C.Həsənovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Unikal

13:45

Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Cəfər Həsənovun idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü C. Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər 2 sərnişin – Emin Xudiyev və Nərmin Təhməzova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*