Oğlunun ölümünə dözə bilməyən şəhid anası vəfat etdi  – VİDEObackend

Oğlunun ölümünə dözə bilməyən şəhid anası vəfat etdi - VİDEO

Oğlunun ölümündən sonra depresiya keçirən şəhid anası dünyasını dəyişib.

KONKRET.az-ın Bizim.Media-ya istinadla məlumatına görə, Ağdaş rayonunun Ləki qəsəbə sakini olan 1962 -ci il təvəllüdlü Lətifə Vəliyeva 44 günlük Vətən müharibəsi şəhidi Azər Vəliyevin anasıdır.

Oğlu şəhid olduğu gündən L.Vəliyevanın depresiyaya düşdüyü, ürək çatışmazlığından əziyyət çəkdiyi deyilir.

Həmçinin, şəhid anası uzun müddət müalicə almaqdan imtina edib.

Yalnız dünən durumu kəskin ağırlaşdığından təcili xəstəxanaya çatdırılıb. Lakin həkimlırən səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*