Oğurluq kişiyə baha başa gəldi, ayağını sındırdı – Bakıdabackend

Oğurluq kişiyə baha başa gəldi, ayağını sındırdı - Bakıda

Bakıda xəstəxanaya müraciət edən şəxsin cinayəti üzə çıxıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Hacıyev Alqayıt Gülağa oğlu bir neçə gün əvvəl Nəsimi rayonunda avtomobildən 36 min ABŞ dolları oğurlayıb.

O, hadisə yerini tərk edən zamanı ehtiyatsızlıqdan yıxılaraq ayağını sındırıb.

A.Hacıyev səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya müraciət edib. Onun özünü şübhəli aparması polis əməkdaşlarının diqqətini cəlb edib.

Daha sonra A.Hacıyev polis tərəfindən saxlanılıb. Bu zaman o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*