Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar varbackend

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Şəki sakinləri Oğuzda qəzaya düşüb, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Əzizov Elşən Ələfsər oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sərnişinlər, 1994-cü il təvəllüdlü Əzizov Eyvaz Fərman oğlu və 1994-cü il Orucov Vəli Bakir oğlu bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*