Oğuzda da gənc qızı maşın vurdubackend

Oğuzda da gənc qızı maşın vurdu

Oğuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini 39 yaşlı Müşfiq Əzizov idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz rayon Padar kənd sakini 16 yaşlı Qönçə Mustafayevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc qız Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*