Oğuzda meşə YANĞINI – Nazirlikdən AÇIQLAMAbackend

Oğuzda meşə YANĞINI - Nazirlikdən AÇIQLAMA

Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığındakı meşə sahəsində yanğın qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, ETSN-nin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğın söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar ərazidə quru ot örtüyü yanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*