Oğuzda qoyunları otarmağa gedən kişi ölü tapıldıbackend

Oğuzda qoyunları otarmağa gedən kişi ölü tapıldı

Oğuzda qoyunları otarmağa gedən kişinin meşəlik ərazidə meyiti tapılıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Sincan kəndində baş verib.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Anar Məmmədyarov dünən səhər saatlarında qoyunları otarmaq üçün kənddən aralı meşəlik əraziyə gedib. Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri A.Məmmədyarovu axtarmağa başlayıblar.

Lakin onu ərazidə ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*