Ölən erməni hərbçilərin yaxınları Nikol Paşinyanın istefası tələbi ilə AKSİYA KEÇİRİR – VİDEObackend

Ölən erməni hərbçilərin yaxınları Nikol Paşinyanın istefası tələbi ilə AKSİYA KEÇİRİR - VİDEO

Ölən əsgərlərin yaxınları Ermənistan parlamenti yaxınlığında Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirib.

KONKRET.az xəbər verir ki, 44 günlük müharibədə həlak olanların yaxınları və onlara dəstək verən vətəndaşlar hazırda parlamentin binası yaxınlığında etiraz aksiyası keçirirlər. Onlar deputatlardan Ermənistanın Baş naziri Nikol Paşinyana etimad göstərməməyi tələb edirlər.

Dəbilqəli və qalxanlı polislər Dəmirçyan küçəsinin girişini bağlayıblar.

“Müstəqillik Uğrunda Hərəkat”ın rəhbəri Edqar Qazaryan bildirib ki, aksiya iştirakçıları parlamentin deputatlarını gözləyəcək və onlara öz təkliflərini verəcəklər.

Daha sonra aksiya iştirakçıları binaya daxil olmaq istəyiblər. Onlar icazə almaq üçün parlamentin qəbul otağına tərəf gediblər.

Xatırladaq ki, ötən gün həlak olanların yaxınları da parlamentin qarşısında aksiya keçirib. Onlar baş verənlərdə Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti  ittiham edirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*